M.Binotto: Sayns komandaya təcrübə gətirdi

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Karlos Sayns komandaya yeni ab-hava gətirib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü komandada dördqat Dünya Çempionu Sebastyan Fetteli əvəz edib və həm qış testlərində, həm də cümə günü sərbəst yürüşlərində yaxşı performans göstərib.

Mattia Binotto: “Hər şey yaxşı gedir və yaxşı mənada təəccübləndik. Biz bilirdik ki, güclü sürücüdür, sürətlidir və yarış tempində güclüdür, ancaq o komandaya təcrübə də gətirdi. Çünki yaşı az olsa da, təcrübəlidir. Şarlla yaxşı yola gedirlər və komandada yaxşı ab-hava var. Bəzən belə dəyişikliyə ehtiyac olur və biz bunu axtarırdıq. Buna görə xoşbəxtik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*