Vassyör Red Bull-u ən güclü komanda hesab etmir

Sinqapurda Corc Rassell jurnalistlərə bildirib ki, maşınlarda bu yaxınlarda aparılan təkmilləşdirmələrdən sonra hazırda ən güclü komanda məhz Red Bull Racing-dir. Ferrari komandasının rəhbəri Frederik Vassyör isə bu fikirlə razılaşmır…

Frederik Vassyör: “Red Bull çox yaxşı çıxış edir, amma bu, hamıdan güclü komanda deyil.

Mövsümün əvvəlində Mercedes irəli atılıb, sonra biz iki yarış qazanmışıq, daha sonra McLaren iki qələbə əldə edib, bundan sonra isə Red Bull iki qələbə qazanıb. Vəziyyət daim dəyişib, demək olar ki, bütün traslarda mübarizəyə dörd komanda qoşulub”.