23 Oktyabr 2019, Çərşənbə - 14:44

Alfa Romeo apellyasiyaya müraciət edib

Alfa Romeo apellyasiyaya müraciət edib

Müəllif: Rauf Hacıyev, redaktor

15:55 - 01 Avqust, 2019

Alfa Romeo komandası Almaniya yarışından sonra aldıqları 30 saniiyə cəzaya görə apellyasiyaya müraciət edib.

F-1.az xatırladır ki, Kimi Rəykkönen və Antonio Covinatsi yarışı müvafiq olaraq 7 və 8-ci yerdə bitirsələr də, yarışdan sonra 30 saniyə cəza almış və onluqdan kənarda qalmışdılar. Bunun səbəbi isə komandanın yarışın qızdırma dövrəsində sürücülərə ilişmə muftası ilə təlimat verməsi olmuşdu.

Frederik Vassyör: “FİA-nın prosedurlarına hörmət edirik. Amma əlimizdəki isbatlarla bu işi lehimizə çevirə bilərik”.

Qeyd edək ki, bu cəzadan sonra Lyuis Həmilton və Robert Kubitsa xal alıblar. Bu, polşalı sürücünün qayıtdıqdan sonrakı ilk xalları olub.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 63
Teqlər , , ,
Paylaş

logo