20 Avqust 2019, Çərşənbə axşamı - 17:15

R.Dennis: “Mercedes-in hegemonluğuna son qoyacayıq”

R.Dennis: “Mercedes-in hegemonluğuna son qoyacayıq”

Müəllif: Rauf Hacıyev, redaktor

19:47 - 23 May, 2016

McLaren komandasının rəhbəri Ron Dennis bildirib ki, McLaren komandası Mercedes-in hegemonluğuna son qoya biləcək yeganə komandadır.

F-1.az xatırladır ki, McLaren 2015-ci ildə Honda ilə birləşdikdən sonra ən yaxşı nəticəsi 2015-ci ildə keçirilən Macarıstan yarışındakı 5-ci yer olub.

Amma Ron Dennis düşünür ki, McLaren Mercedes-dən sonra Formula1-də hegemonluq edəcək: “Mən doğrudan da düşünürəm ki, Mercedes-dən sonra McLaren çempionluqları sıralayacaq. Digərlərindən əvvəl bu uğura imza atacayıq.

Bu çətin vəzifədir, ancaq komandamızın texniki gücünə və Honda-ya güvənirəm”.

Mercedes V6 Turbo erasının hegemonudur. Almaniyalılar 2014 və 2015-ci illərdə həm mühəndislər, həm də sürücülər kubokunu qazandılar. Mercedes bu il də qələbələri bir-birinin ardınca sıralayır və ən böyük favorit sayılır.

McLaren isə 2012-ci ilin Braziliya QP-sindən bəri hələ də qələbə qazana bilməyib və Honda ilə olan tərəfdaşlıq hələ yaxşı nəticələr gətirməyib.

Ron Dennis düşünür ki, 2017-ci ildəki qayda dəyişiklikləri komandaya irəliyə doğru böyük addım atmaqda kömək edəcək: “Gələn il yaxşı fürsətimiz olacaq. Düşünürəm ki, yarışlar qazana biləcəyik.

Çempionluq barədə proqnoz vermək istəmirəm, amma Mercedes-i taxtdan endirmək hamı üçün çətin olacaq və biz bunu hamıdan əvvəl etməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 349
Teqlər , ,
Paylaş

logo