L.Həmilton: Bu, son ilyarımda ən yaxşı maşındır

Yeddiqat dünya çempionu komandanın gətirdiyi yenilikləri və Barselonadakı çıxışlarını yüksək qiymətləndirib.

F-1.az xəbər verir ki, britaniyalı sürücü nəticədən və maşının sürətindən razı qalıb.

Lyuis Həmilton: “Hazırda əldə etdiyimiz sürətlə məhdudlaşırıq, amma qarşıda çox iş bizi gözləyir. Ümid edirəm ki, ortaya çıxacaq çoxlu kəşflər və təkmilləşdirmələr var. Mövsüm irəlilədikcə rəqiblər də yaxşılaşacaqlar və bu o deməkdir ki, biz daha sürətlə irəliləməliyik.

Barselonada yarış zamanı hər dövrədə yarım saniyədən az, sıralamada isə daha çox geridə qaldıq. Amma əminlik var ki, biz düzgün istiqamətdə gedirik və mən bilirəm ki, gələcək üçün müəyyən həll yollarımız var. Ümid edirəm ki, ilin sonuna kimi onlara meydan oxuya biləcəyik.

Hazırda mən diqqətimi daha çox gələn il onlarla ilk gündən mübarizə apara biləcək bir maşına sahib olmağa yönəldirəm. Bu il avtomobildən nə qədər çox şey əldə etsək, gələn mövsümə bir o qədər çox təsir edəcək. Bu maşın haqqında nə qədər çox öyrənsək, bir o qədər aktiv şəkildə düzgün istiqamətdə hərəkət edəcəyik.

İki layihə arasında optimal balansı tapmaq vacibdir. İndi liderlər çox irəlidədirlər, Maks bu il də qalib gəlməkdə davam edəcək, bu isə o deməkdir ki, onlar hələ bunu etməyiblərsə, gələn il hamıdan əvvəl maşını inkişaf etdirməyə başlaya biləcəklər – təhlükə də budur. Ona görə də biz çox çalışmalı, eyni zamanda gələcək haqqında da düşünməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*