24 Avqust 2019, Şənbə - 21:57

Renault komandası BP ilə əməkdaşlığını elan etməyə hazırlaşır

Renault komandası BP ilə əməkdaşlığını elan etməyə hazırlaşır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:36 - 22 Dekabr, 2016

Son illərdə Renault komandası Total şirkəti ilə əməkdaşlıq edirdi – fransız nef-qaz şirkəti həmyerlilərini yanacaq və sürtgü yağları ilə təchiz edirdilər.

F-1.az Britaniyanın Autosport resursuna istinadən bildirir ki, artıq yeni mövsümdən komandanın təchizatçısı dəyişə bilər – komanda tezliklə British Petroleum şirkəti ilə uzunmüddətli əməkdaşlığını elan edəcək.

Hesab edilir ki, müqavilə sadəcə Formula1-lə məhdudlaşmayacaq – BP-nin yağ və yanacağı konsernin yol avtomobillərinə satış zamanı doldurulacaq və bu tərəfdaşlıq Renault-Nissan alyansının digər brendlərinə də şamil olunacaq. Biz əvvəl də xəbər vermişdik ki, Britaniyanın neft və qaz şirkəti Formula1-də Castrol brendi  ilə təmsil olunacaq.

Deyilənlərə görə, McLaren komandası da Exxon Mobil şirkəti ilə əməkdaşlğı dayandırdıqdan sonra BP ilə danışıqlar aparır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 586
Teqlər , , , , ,
Paylaş

logo