K.Sayns: “Hülkenberqi məğlub etmək asan olmayacaq”

Renault komandasının yeni sürücüsü Karlos Sayns bildirib ki, Amerika yarışında komanda yoldaşı Hülkenberqi keçmək çətin olacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü karyerası ərzində 114 yarışa çıxsa da, hələ podiuma yüksələ bilməyib.

Karlos Sayns: “Niko bu bolidlə 16 yarış keçirib və ilk yarışda onu keçmək çətin olacaq. Tezliklə bolidə uyğunlaşıb onu qabaqlamaq istəyirəm. Bunun üçün çox işləyəcəm. Ümid edirəm ki, tezliklə bolidə öyrəşə bilərəm. Mühəndislərlə bir yerdə bütün mərhələləri tezliklə keçməyə çalışacağam. Toro Rosso-da mövsümü bitirmək mənim üçün problem olmazdı, ancaq bunun hesabına bolidi tezliklə tanıyıb növbəti mövsümə gözəl başlaya bilərəm. Növbəti 4 yarışda komandama maksimum xallar qazandırmaq istəyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*