K.Sayns: Növbəti testi gözləyirəm

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, test proqramlarını bitiriblər.

F-1.az bildirir ki, Britaniya komandası üçgünlük testlərdə 423 dövrə vurub. İspaniyalı sürücü 237 dövrə vurub və ən sürətli dövrəsini üçüncü tərkiblə vurub.

Karlos Sayns: “Ümumilikdə test proqramımızı tamamladıq. Son gündə yeni bolidi anlamağa və detallar üzərində işlədik. Yaxşı keçən ilk testdən sonra ikinci testləri səbirsizliklə gözləyirik”.

,