21 Avqust 2019, Çərşənbə - 14:44

R.Qrojan: “Gələn il daha güclü olacayıq”

R.Qrojan: “Gələn il daha güclü olacayıq”

Müəllif: Rauf Hacıyev, redaktor

06:25 - 18 Dekabr, 2016

Haas komandasının sürücüsü Roman Qrojan inanır ki, amerikalılar 2017-ci ildə daha yaxşı nəticələr alacaqlar.

F-1.az xatırladır ki, Haas komandası Formula1-dəki debüt mövsümündə 29 xal toplamış və Mühəndislər Kubokunda 8-ci olmuşdu – Amerika təmsilçisinin bütün xallarını Roman Qrojan toplamışdı. Fransalı sürücü komandanın gələcəyi ilə bağlı ümidli danışıb: “Debüt mövsümündə 29 xal toplayıb, 8-ci olmaq bizim üçün yaxşı oldu. Əgər bəzi yarışlarda daha güclü ola bilsəydik, daha çox xal qazana bilərdik. Həyəcanverici bir mövsüm idi və komandanın inkişaf edə biləcəyi çoxlu sahənin olduğunu görmək gözəldir.

Bolidin il ərzində inkişaf etməsi mənim üçün gözlənilməz oldu. Mövsümün 17-ci və 20-ci (Yaponiya və Braziliya) yarışlarında son sessiyaya qala bildik. Bu bolidin stabilliyindən xəbər verir.

Mövsüm ərzində çox yaxşı inkişaf etdik. Digər komandalar yüksək səviyyəli olduğu üçün bizim inkişaf edə biləcəyimiz çox sahə var. Daha yaxşısını edə bilərik. Məsələn, daha yaxşı sazlanmalar edə bilərik, təkərlərə daha yaxşı nəzarət edə bilərik. Bu debüt ilimiz idi. Hər şey qaydasında idi. Gələn il daha güclü olacağımıza əminəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 436
Teqlər ,
Paylaş

logo