M.Şumaxer: Çox məyusam

Haas çoxdan gözlənildiyi kimi, gənc alman sürücü ilə müqaviləni uzatmayıb və gələn il təcrübəli Niko Hülkenberq ilə yarışacağını elan edib.

F-1.az xəbər verir ki, Mik Formula1-də yarışmağa layiq olduğunu düşünür.

Mik Şumaxer: “Bu, mənim Haas ilə son yarışım olacaq. Müqavilənin uzadılmaması qərarına çox üzüldüyümü gizlətmək istəmirəm. Nə olursa olsun, Haas və Ferrari-yə mənə fürsət verdikləri üçün təşəkkür etmək istərdim. Birlikdə işlədiyimiz illər mənə texniki təcrübə qazanmağa və şəxsiyyət kimi böyüməyə imkan verdi. Bu idmanı nə qədər çox sevdiyimi başa düşdüm.

Bəzən çətinliklər olurdu, amma həmişə inkişaf etdim, irəlilədim, çox şey öyrəndim və indi Formula1-də yarışmağa layiq olduğuma şübhəm yoxdur. Bu səhifə mənim üçün qətiyyən bağlanmayıb. Çətinliklər sizi daha güclü edir. Formula1-də yarışmaq atəşim yanır və mən peletondakı yerimi qaytarmaq üçün çox mübarizə aparacağam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*