V.Bottas: “Son yarışda var qüvvəmizi qoyacayıq”

Valtteri Bottas bildirib ki, son yarışda 4-cülüyü Force İndia-dan almaq üçün əllərindən gələni etməlidirlər.

F-1.az xatırladır ki, Braziliya yarışı Williams komandası üçün pis keçib. Massa mübarizəni vaxtından əvvəl dayandırmış, Bottas isə 11-ci yeri tutaraq xal qazana bilməmişdi. Əvəzində isə Force İndia-dan Peres 4-cü, Hülkenberq 7-ci yeri tutaraq komandalarına 18 xal qazandırmışdılar və son yarışdan əvvəl Force İndia komandası Williams-ı 27 xal qabaqlayır. Buna görə də britaniyalı təmsilçisinin 4-cü yer üçün real şansları qalmayıb.

Valtteri Bottas: “Son yarışda var qüvvəmizi ortaya qoymalıyıq. Bir yarışımız var və itiriləcək heç nəyimiz yoxdur. Böyük ehtimalla boliddə yeni detal olmayacaq. Trasın xarakteristkası bizə uyğundur. Quru havada yaxşı nəticə ala bilərik.

Braziliya yarışı bizim üçün yaxşı keçmədi və Force İndia komandasının sürücüləri əla nəticələr alaraq, işimizi çətinləşdirdilər. Yarışdakı şəraitdən maksimum istifadə edib, düzgün strategiya tətbiq etdilər. Felipenin də öz ölkəsindəki son yarışının bu cür bitirməsini istəməzdim, amma daha sonra baş verənlər çox gözəl idi”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*