25 Avqust 2019, Bazar - 10:59

Massa – Stroll = 17,5 il

Massa – Stroll = 17,5 il

Müəllif: Elçin Zodorov, redaktor

19:13 - 18 Yanvar, 2017

Williams-da daha bir il yarışmağa razılıq verən Felipe Massa ilə gənc debütant Ləns Stroll arasında 17 il, 6 ay, 4 günlük yaş fərqi var – bu, Formula1-də ötən əsrin 60-cı illərindən bəri gördüyümüz komanda yoldaşları arasındakı ən böyük yaş fərqidir.

F-1.az xatırladır ki, buna qədər son dövrlərdəki komanda yoldaşları arasındakı ən böyük yaş fərqinə Mixael Şumaxer və Niko Rosberqin timsalında şahid olmuşduq – yeddiqat dünya çempionu Mercedes-dəki debütü zamanı öz həmyerlisindən 16 il, 5 ay, 22 gün böyük idi.

Bu sahədə rekord isə Formula1-in ilk illərinə təsadüf edir. 1955-ci ildə Lancia komandasında yoldaşlıq etmiş Lui Şiron və Eucenio Kastelotti arasındakı yaş fərqi 31 il, 2 ay, 7 gün olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 908
Teqlər , , , , , ,
Paylaş

logo