O.Safnauer: “Serxio istəsə, gedə bilər”

Force İndia komandasının baş əməliyyatçısı Otmar Safnauer bildirib ki, Peresi komandada saxlamaq istəsələr də, getməsinə əngəl olmayacaqlar.

F-1.az xatırladır ki, meksikalı sürücü Hindistan komandasına 2014-cü ildə qoşulub və 4 dəfə podiuma yüksəlib. Bundan başqa Peres 2016-cı və 2017-ci illərdə ön qrupdakı sürücülərdən sonra ən çox xal toplayan pilot olub.

Otmar Safnauer: “Ümid edirəm ki, komandada daha çox qalar. Çünki mükəmməl sürücüdür və yaxşı insandır. Bizə çox dəyər verir və biz də eynisini ona edirik. Biz də ən güclü komandalardan biriyik. Son iki ildə bizdən öndə çox komanda yox idi. Sadəcə 3 böyük komandanın gerisində qalırdıq. Serxio bu 3 komanda üçün bizi tərk etmək istəsəydi, nə edrədik? Əngəl olmazdıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*