Alfa Romeo və Haas tərəfdaşlığa başlayacaq?

Alfa Romeo ilin sonunda Sauber ilə yollarını ayıracaq. Lakin italiyalı avtomobil istehsaçısı Haas ilə müqavilə bağlaya bilər.

F-1.az bildirir ki, Alfa Romeo ilə Sauber-in ortaqlığı yaxşı davam etsə də, isveçrəlilərin Audi ilə müqavilə bağlamasına görə tərəflər yollarını ayırmağa qərar vermişdi. Lakin Alfa Romeo Formula1-dən ayrılacağını deməyib. Buna görə də belə düşünülür ki, italyanlar yeni tərəfdaşlıq axtarır.

Almaniya mətbuatı xəbər verir ki, alfa Romeo gələn il idmanda qala bilər və Haaas onlar üçün ideal seçimdir.

Qeyd edək ki, Haas bir neçə həftə əvvəl Moneygram ilə titul sponsorluğuna başlamışdı. Bu müqavilənin 20 milyon dollar dəyərində olduğu deyilir. Bundan başqa Moneygram-ın rəngləri də Alfa Romeo ilə uyğundur.

Onu da əlavə edək ki, tərəflər bu barədə heç bir açıqlama verməyiblər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*