K.Maqnussen: “Qrojana bilərək vurmadım”

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, komanda yoldaşı Qrojana bilərək təmas etməyib.

F-1.az xatırladır ki, təhlükəsizlik maşını rejimindən sonra iki sürücü təkər-təkərə mübarizə aparıb və nəticədə təmas yaşayıblar. Bu təmasdan sonra Qrojan 10-cu olub. Danimarkalı sürücü isə 7-ci yeri tutaraq, orta qrupun lideri olub.

Kevin Maqnussen: “Romanla təmas etmək istəməzdim. Amma bilərəkdən olmadı. İki bolidlə də xal aldığımız üçün xoşbəxtəm. Bu barədə danışacağıq. Komanda yoldaşınızla təmas etmək istəməzsiniz. Roman da belə olmasını istəməzdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*