S.Vandorn Monakoda startda 3 yer itirəcək

Buna səbəb İspaniya yarışında birinci döngədə Felipe Massa ilə yaşadığı təmas olub.

F-1.az xatırladır ki, İspaniya Qran Prisində Felipe Massa McLaren komandasının pilotu Stoffel Vandornu keçməyə çalışarkən maşınlar toqquşmuş, trasdan çıxan belçikalı sürücünün maşınının asılqanı qırılmış və yarışı dayandırmalı olmuşdu.

Hadisənin günahkarı məhz Vandornun özü göstərilib. Stüardların qərarına görə, Stoffel Monakodakı növbəti yarışın startında üç yer itirməli olacaq. Ona həm də 2 cərimə balı yazılıb. Qeyd edək ki, bir il ərzində 12 bala çatmış sürücü növbəti yarışı buraxmalı olur…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*