Mercedes W09 təqdim edilib

Mercedes komandası 2018-ci ildə həm Mühəndislər Kubokunda, həm də sürücülər çempionatında yenidən qələbə qazanmaq üçün hazırladığı Mercedes AMG F1 W09 EQ Power+ maşınını təqdim edib.

F-1.az bildirir ki, W09-un debütü səhər saatlarında Silverstounda baş tutub. Bakı vaxtı ilə saat 16:00-da isə ilk məşqdən şəkillər komandanın mətbuat xidməti tərəfindən sosial şəbəkələrə yerləşdirilib. Təbii ki, rəsmi təqdimat da olub.

Toto Volff ilə Lyuis Həmiltonun mətbuat konfransından və Valtteri Bottasın sınaq yürüşündən sonra komanda media nümayəndələrini və qonaqları anqara dəvət edib və yeni maşın rəsmən təqdim olunub.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*