Rusiya-2016: Üçüncü sərbəst yürüşlər

Dünən sürücülər trayektoriyanın rezin qatı ilə örtməyə çalışırdılar - bu gün sıralanma turunda asfaltla ilişmə vacib rol oynayacaq. Amma səhər asfalt hələ sürüşkən olub, ona görə də sürücülər trasa çıxmağa tələsməyiblər.

F-1.az xəbər verir ki, döngələrdə sürüşmələr, maşınların arxa körüpüsünün qaçması Soçi trasının artıq vizit kartına çevrilir – sürüşmələrdən biri Virtual Təhlükəsizlik Maşını (VSC) rejiminin elan olunmasına səbəb olub: Serxio Peres 13-cü döngədə dayanıb, amma marşallar maşını itələyərək trasa çıxardıqdan sonra meksikalı sürücü boksa qayıda bilib. Elə həmin yerdə Rosberq, Nasr, Qrojan, Həmilton və Alonso da səhvə yol veriblər – amma bu hallarda marşalların köməyinə ehtiyac olmayıb.

Təkərlərin yeyilməsi minimal olduğu üçün onları qızdırmaq əsas problem olub – təkərlər dərhal optimal işçi temperatura çıxmayıblar. Protokollara isə Həmilton başçılıq edib – 1:36.403, bu nəticə keçənilki poulun nəticəsindən 0.7 saniyə sürətlidir. Bizi maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:36.403 17
2 6 Niko Rosberq Mercedes AMG 1:36.471 + 0:00.068 22
3 5 Sebastyan Fettel Ferrari 1:37.007 + 0:00.604 28
4 7 Kimi Rəykkönen Ferrari 1:37.727 + 0:01.324 14
5 19 Felipe Massa Williams 1:37.918 + 0:01.515 16
6 77 Valtteri Bottas Williams 1:37.985 + 0:01.582 16
7 33 Maks Ferstappen Toro Rosso 1:38.133 + 0:01.730 22
8 22 Censon Batton McLaren 1:38.260 + 0:01.857 14
9 55 Karlos Sayns Toro Rosso 1:38.465 + 0:02.062 25
10 11 Serxio Peres Force İndia 1:38.542 + 0:02.139 18
11 3 Daniel Rikkardo Red Bull 1:38.622 + 0:02.219 23
12 14 Fernando Alonso McLaren 1:38.633 + 0:02.230 12
13 26 Daniil Kvyat Red Bull 1:39.047 + 0:02.644 15
14 27 Niko Hülkenberq Force İndia 1:39.162 + 0:02.759 16
15 21 Esteban Qutyerres Haas 1:39.230 + 0:02.827 18
16 20 Kevin Maqnussen Renault 1:39.238 + 0:02.835 16
17 8 Roman Qrojan Haas 1:39.239 + 0:02.836 15
18 30 Colion Palmer Renault 1:39.589 + 0:03.186 19
19 88 Rio Haryanto Manor 1:39.599 + 0:03.196 19
20 94 Paskal Verlyayn Manor 1:39.663 + 0:03.260 18
21 9 Markus Eriksson Sauber 1:39.740 + 0:03.337 23
22 12 Felipe Nasr Sauber 1:39.898 + 0:03.495 19

 

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*