T.Butsen: “Vandorn idmanın yeni sensasıyası ola bilər”

Sabiq Formula1 sürücüsü Tyerri Butsen bildirib ki, Stoffel Vandorn Formula1-in Maks Ferstappendən sonra ikinci sensasiyası ola bilər.

F-1.az xatırladır ki, Vandorn bu il bir yarışda iştirak etmiş və həmin yarışdan xal qazana bilmişdi.

Tyerri Butsen: “Vandorn Dünya Çempionu ola bilər. Çox güclü sürücüdür. Ən yaxşılardan biridir. McLaren-in bolidi hələ də zəifdir, amma gələn il çox güclü olacaq. Ferstappenin bu il etdiklərini Vandorn gələn il edə bilər. Formula1-də hər şey tez dəyişir. Buna görə də 1-2 yarışda Maksı keçsə, hollandiyalı barədə danışan qalmaz”.

Butsen Rosberq barədə də danışıb: “Rosberq yetişkən sürücüdür və onda Dünya Çempionuna xas olan bütün xüsusiyyətlər var”.

Rosberq son yarışlarda ikinci olduğu üçün tənqidlərə tuş gəlir. Butsen bu barədə də danışıb: “Niki Lauda da belə edərdi. Bir neçə yarışı qazanıb, sonra gözləmə mövqeyinə çəkilərdi. Niko haqlıdır, amma burada xarakter fərqi var. Rosberqlə Həmiltonu müqayisə etmək olmaz”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*