S.Vandorn mümkünsüzü reallaşdırmaq istəyir

Sıralanma turunda problem yaşayan Stoffel Vandorn nikbin açıqlamalar verib.

F-1.az xatırladır ki, belçikalı sürücü sıralanma turunda yanacaq təzyiqi ilə bağlı problem yaşayıb və komanda yoldaşı Alonsodan 0.622 saniyə geridə qalaraq ikinci sessiyaya keçə bilməyib.

Stoffel Vandorn: “Birinci sessiyada yanacaq təzyiqi ilə bağlı problem yaşadım və buna görə də mühərriyin performansı azaldı. Məyusam. Üçüncü sərbəst yürüşlərdən sonra hər şey qaydasında idi. Rəqabətədavamlı olmağı hədəfləmişdim. Amma bütün bunlara baxmayaraq, Barselonadan sonra yaxşı vəziyyətdə olduğumuzu düşünürəm. Artıq boliddə özümüzü daha yaxşı hiss edirik və bu, bizə var qüvvəmizlə sürməyə kömək edir. Sabahkı yarışa qədər problemi həll edib, mümkün qədər yüksəlmək istəyirəm. Orta qrupdakı komandalar da güclü görsənirlər və onlarla eyni tempi tuta bilsək, gözəl yarış keçirə bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*