26 Avqust 2019, Bazar ertəsi - 09:58

Monako-2016: Sıralanma turu

Monako-2016: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:26 - 28 May, 2016

Monakoda sıralanma turu həftəsonunun ən vacib həlledici sessiyasıdır. Şəhər trasında praktiki olaraq ötmək mümkün deyil, yarışın nəticəsi isə çox vaxt start düzümü ilə müəyyən olunur – son on ildə Monakoda 8 dəfə pouldan start alan sürücü qələbə qazanıb. Yaxşı start mövqeyi bazar günü uğur deməkdir, amma bunun üçün şənbə günü ideal dövrə vurmaq lazımdır, Monakoda bunu etmək həmişə alınmır.

F-1.az xəbər verir ki, sərbəst yürüşlərdə müxtəlif komandaların sürücüləri liderlik ediblər – birinci məşqlərdə Həmilton Mercedes motoru ilə, ikinci məşqlərdə Rikkardo Renault motoru ilə, üçüncü məşqlərdə isə Fettel Ferrari motoru ilə hamıdan sürətli olublar.

Səhər məşqlərdən sonra Kimi Rəykkönenin maşınında ötürmələr qutusu dəyişdirilib – finlandiyalı sürücü sabah yarışın startında 5 yer itirməli olacaq.

Mövsümdə ilk dəfə Pirelli komandalar UltraSoft tərkibini təqdim edib – ən yumşaq təkər tərkibi məhz şəhər trasları üçün nəzərdə tutulub, amma məşqlərdən sonra sürücülər təkərlərin işçi rejimə çıxarılmasının çətinliyindən gileyləniblər. Ona görə də sıralanma turunda da sürücülər bir neçə dövrədən ibarət seriyalarla işləməli olublar.

Birinci sessiyaya Force İndia sürücüləri SuperSoft, digərləri isə UltraSoft təkərlərlə başlayıblar. Amma startdan bir saniyə sonra sessiya qırmızı bayraqlarla dayandırılıb – tunelin çıxışında Nasrın maşınında motor işləməkdən imtina edib.

Asfaltı dağılmış yağdan təmizləmək lazım gəlib – pauza beş dəqiqə uzanıb.

Həmilton protokollara başçılıq edib – 1:14.831, sonra Fettel sürətlənib – 1:14.610, sonra yenə də sessiya dayandırılıb – bu dəfə Ferstappen 15-ci döngədə asılqanı sındırıb və 16-cı döngədə baryerlərə çırpılıb.

Restartdan sonra Fettelin nəticəsini yaxşılaşdıran olmayıb, mübarizəni isə Eriksson, Palmer, Haryanto, Verlyayn, Ferstappen və Nasr dayandırıblar.

İkinci sessiyada Həmilton ilk cəhdində protokollara başçılıq edib – 1:14.056, amma sonra hamı ilə birlikdə ikinci cəhdinə də çıxıb. Rikkardo ikinci cəhdində SuperSoft-la özünün UltraSoft-da göstərdiyi nəticəni üstələyib – ona görə də sabah avstraliyalı sürücü bu təkər dəsti ilə start alacaq.

İkinci cəhdində Rosberq hamını qabaqlayıb – 1:14.043. Mübarizəni isə Bottas, Qutyerres, Batton, Massa, Qrojan və Maqnussen dayandırıblar.

Sonuncu sessiyanın əvvəlində Həmiltonun maşınında güc qurğusunda problemlər üzə çıxıb – dünya çempionu pit-leynin çıxışında dayanmalı olub.

Mexaniklər maşını boksa qaytarıblar – problem yanacağın yüksək temperaturu üzündən təzyiqin aşağı düşməsi ilə bağlı olub. Maraqlıdır ki, komandanın hər iki maşınında yaşanan problem daha tez Rosberqin maşınında üzə çıxıb və operativ həll olunub. Lyuis də bir neçə dəqiqədən sonra trasa qayıdıb.

İlk cəhdində yeni Renault motoru quraşdırılmış Rikkardo protokollarda liderliyi ələ alıb – 1:13.622, bu nəticəni heç kim yaxşılaşdıra bilməyib.

Daniel Rikkardo Monakoda karyerasının ilk poulunu qazanıb. Sabah onun yanından Niko Rosberq start alacaq. İkinci cərgədən isə Həmilton və Fettel ilk döngəyə birinci girməyə çalışacaqıar.

Sabah bizi maraqlı start və yarış gözləyir…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
13Daniel RikkardoRed Bull41:14.912541:14.35781:13.6228
26Niko RosberqMercedes AMG31:14.873811:14.04381:13.7918
344Lyuis HəmiltonMercedes AMG21:14.826821:14.05671:13.9426
45Sebastyan FettelFerrari11:14.610731:14.31881:14.5528
527Niko HülkenberqForce İndia61:15.3331191:14.98971:14.7267
67Kimi RəykkönenFerrari101:15.499851:14.78991:14.7328
755Karlos SanysToro Rosso91:15.467671:14.80591:14.7498
811Serxio PeresForce İndia51:15.3281181:14.93791:14.9028
926Daniil KvyatToro Rosso71:15.384661:14.79491:15.2738
1014Fernando AlonsoMcLaren111:15.5048101:15.107101:15.3638
1177Valtteri BottasWilliams121:15.52110111:15.2735
1221Esteban QutyerresHaas141:15.59212121:15.29310
1322Censon BattonMcLaren131:15.5545131:15.35210
1419Felipe MassaWilliams151:15.71013141:15.3856
158Roman QrojanHaas81:15.46512151:15.57110
1620Kevin MaqnussenRenault161:16.25312161:16.05810
179Markus ErikssonSauber171:16.29912
1830Colion PalmerRenault181:16.58612
1988Rio HaryantoManor191:17.29512
2094Paskal VerlyaynManor201:17.45212
2133Maks FerstappenRed Bull211:22.4673
2212Felipe NasrSauber221

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 471
Teqlər , , , , ,
Paylaş

logo