L.Həmilton: “Şumaxer idmana gəlməlidir”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton əmindir ki, Mik Şumaxer gələn il Formula1-də çıxış edəcək.

F-1.az xatırladır ki, əfsanəvi Mixael Şumaxerin oğlu olan Mik keçən həftə Avropa Formula3 seriyasının qalibi olub və Formula1-də yarışmaq üçün super lisenziya qazanıb.

Lyuis Həmilton: “İdmana Şumaxer soyadlı biri gələcək. Bir tərəfdən adı ilə, digər tərəfdən yaxşı iş görmək hesabına. Əlbəttə, atası kimi istedadlıdır. Keke və Niko kimi. Fernandonun da uşaqları olsa, Alonso adı yenə idmanda olacaq. Mənim də oğlum olsa, istedadı olmasa belə, Formula1-də yarışacaq. Amma Şumaxer əla yarışır. Yaxşı oğlandır. Keçən il komandamızla bir neçə yarışa gəlmişdi. Atası kimi istedadlıdır və təzyiq hiss etməyəcək. Gəlməsi idman üçün yaxşı olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*