İspaniya-2021: İkinci sərbəst yürüşlər

Keçən il burada yarış isti iyul ayında baş tutmuşdu və çoxları şikayət etmişdi. Bu il isə sürücülər daha tanış və rahat şəraitdə işləyirlər, lakin təkərlər barədə keçənilki məlumatlar aktuallığını itirib.

F-1.az bildirir ki, buna görə də ikinci məşqlərdə bütün diqqətlər təkərlərin aşınmasını qiymətləndirməyə yönəldilib. Səhər Hard və Soft təkərlərə daha çox müraciət edilmişdi, bu dəfə isə ən yumşaq təkərlərlə yanaşı, Medium-lara üstünlük verilib.

11-ci dəqiqədə Saynsın maşınından qopmuş parçanı trasdan götürmək üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Tsunodanın maşınının güc qurğusunda problem baş verib, lakin bu, aradan qaldırılıb. Yaponiyalı sürücü boksa gəlib və tezliklə trasa qayıdıb.

Lyuis Həmilton bu dəfə hamıdan sürətli olub – 1:18.170. Lakin bu, keçənilki nəticəyə 1.3 saniyə uduzur. Aradakı fərqin əsas səbəbi də, trasın konfiqurasiyasının dəyişdirilməsidir.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:18.170 32
2 77 Valtteri Bottas Mercedes AMG 1:18.309 + 0:00.139 31
3 16 Şarl Lekler Ferrari 1:18.335 + 0:00.165 28
4 31 Esteban Okon Alpine 1:18.466 + 0:00.296 29
5 14 Fernando Alonso Alpine 1:18.518 + 0:00.348 30
6 10 Pyer Qasli AlphaTauri 1:18.593 + 0:00.423 32
7 22 Yuki Tsunoda AlphaTauri 1:18.619 + 0:00.449 30
8 55 Karlos Sayns Ferrari 1:18.674 + 0:00.504 30
9 33 Maks Ferstappen Red Bull 1:18.785 + 0:00.615 26
10 11 Serxio Peres Red Bull 1:18.918 + 0:00.748 23
11 5 Sebastyan Fettel Aston Martin 1:18.947 + 0:00.777 30
12 4 Lando Norris McLaren 1:19.092 + 0:00.922 28
13 99 Antonio Covinatsi Alfa Romeo 1:19.122 + 0:00.952 29
14 18 Ləns Stroll Aston Martin 1:19.134 + 0:00.964 29
15 3 Daniel Rikkardo McLaren 1:19.195 + 0:01.025 28
16 7 Kimi Rəykkönen Alfa Romeo 1:19.213 + 0:01.043 30
17 63 Corc Rassell Williams 1:19.957 + 0:01.787 29
18 6 Nikolas Latifi Williams 1:20.046 + 0:01.876 26
19 47 Mik Şumaxer Haas 1:20.326 + 0:02.156 30
20 9 Nikita Mazepin Haas 1:20.753 + 0:02.583 27
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*