K.Sayns-ata oğlunun gələcəyi barədə nə düşünür?

Karlos Sayns-ata bildirib ki, oğlu Karlos Sayns hazırkı işinə fokuslanmalıdır və transfer dedi-qodularına fikir verməməlidir.

F-1.az xatırladır ki, Karlos Saynsla Renault, Ferrari və Mercedes komandaları maraqlanmış, amma Red Bull rəhbərliyi ispaniyalının komandadan ayrılmağına icazə verməmişdi.

Karlos Sayns-ata: “Karlos Formula1-də Red Bull kimi komandanın heyətində olduğu üçün şanslıdır. Hazırda ancaq Toro Rosso komandasına fokuslanmalıdır. Önündə uzun illər var. Bu il Toro Rosso ilə yaxşı mövsüm keçirməlidir. Əgər bir sürücü yaxşı performans göstərsə, əlinə yaxşı fürsətlər düşər. Bunu özünüz yaratmalısınız. Hazırda edəcəyi ən pis iş başqa şeylərə fokuslanıb, beynini yorması olar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*