V.Bottas: “Məlumatları paylaşmaq lazımdır”

Mercedes komandasının yeni sürücüsü Valtteri Bottas bildirib ki, məlumat paylaşımı mövzusunda komanda yoldaşı Həmiltondan fərqli düşünür.

F-1.az xəbər vermişdi ki, Lyuis Həmilton komanda yoldaşı ilə məlumatları paylaşmaqdan narahatdır. Amma Bottas komanda yoldaşına nisbətən daha ürəyiaçıq davranıb: “Sözlərinin önəmi yoxdur. Heç nə dəyişməyəcək. Bütün sürücülər təkcə özlərini yox, komandalarının inkişafını da düşünməlidirlər. Əgər bu hal hər iki bolidi sürətli edəcəksə, iki sürücü üçün də maraqlı ola bilər. Mənim məlumat paylaşmaqla bağlı problemim yoxdur”.

Toto Volff isə bu barədə belə danışıb: “Bütün günah jurnalistlərindir. Amma onlar “Mercedes-də hər şey qaydasındadır” yazsalar, maraqlı olmaz və tirajları satılmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*