B.Ekklstoun çempionların getməsinə sevinir

Formula1-in rəhbəri Berni Ekklstoun iki dünya çempionunun - Niko Rosberq və Censon Battonun çempionatdan ayrılma qərarlarına dəstək verib.

F-1.az xatırladır ki, 2009-cu ilin Dünya Çempionu Censon Batton 2016-cı ilin sonunda təqaüdə çıxmış və peletondakı çempionların sayı 4-ə düşmüşdü.

Amma Rosberq 2016-cı ildə çempion olduqdan sonra bu say yenidən 5-ə yüksəlmişdi. Lakin almaniyalı sürücü çempion olduqdan 5 gün sonra təqaüdə çıxaraq, bu sayı yenidən 4-ə endirmişdi.

Gələn il peletonda 4 Dünya Çempionu – Sebastyan Fettel, Lyuis Həmilton, Fernando Alonso və Kimi Rəykkönen – olacaq.

Berni Ekklstoun: “Rosberq işini gördü. Dünya Çempionu olmaq istəyirdi və oldu. Niyə davam eləsin? Onu yaxşı başa düşürəm. Bundan sonrakı həyatında fərqli işlərlə məşğul olmaq istəyir deyə, onu günahlandırmaq olmaz.

Öz istəkləri ilə ayrıldıqları üçün sevinirəm. Keçmişdə bəzi sürücülər öz seçimlərini edə bilmədən dünyalarını dəyişdilər”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*