Mercedes Həmiltonun təqaüdə çıxacağını gözləyib?

Lyuis Həmilton mövsüm başa çatandan bəri susur. Bu da britaniyalı sürücünün gələcək karyerası barədə qeyri-müəyyənlik yaradır. Lakin əksər ekspertlər onun yarışmağa davam edəcəyinə əmindirlər.

F-1.az bildirir ki, məşhur The Telegraph resursunun yaydığı məlumat digərlərindən xeyli fərqlənir – guya Mercedes komandası Lyuis son yarışda qalib gələrək səkkizinci titulunu rəsmiləşdirəcəyi halda karyerasını başa vuracağını gözləyirmiş. Resursun komandaya yaxın mənbələrindən birinin dediyinə görə, Lyuisin 2023-cü ilin sonuna qədər nəzərdə tutulan müqaviləsində onu vaxtından əvvəl pozmağa imkan verən bənd var.

Sözügedən bənd Həmiltona karyerasını müqavilədə göstəriləndən erkən başa vuracağı təqdirdə Mercedes-in ata biləcəyi hüquqi addımlardan yayınma imkanı verir. Bununla belə, adı çəkilməyən başqa ekspert tam əksini düşünür: “Nəticə odur ki, Lyuis yenə rəqabətə imkan verən maşına sahib olacaq və karyerasını davam edirmək üçün 50 milyon səbəbi var. Əgər təqaüdə çıxmaq qərarına gəlsəydi, etiraf edək ki, bu daha əvvəl elan olunardı”.

Bu gün komandanın mətbuat xidməti sosial şəbəkələrdəki rəsmi səhifələrində Lyuisin şəkillərini paylaşıb. Lakin onlardan biri istisna olmaqla, qalan hamısı ağ-qaradır. Yeganə rəngli şəkildə isə yeddiqat dünya çempionunun yanında karyerasını yenicə başa vurmuş Kimi Rəykkönen var. Bu, zövqləri oxşasa da, bəlkə komanda artıq nələrisə bilir?..

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*