D.Rikkardo sıx mübarizə gözləyir

Daniel Rikkardo bildirib ki, Yaponiyada və mövsümün qalan bütün yarışlarında sıx mübarizə gözləyir...

F-1.az xatırladır ki, Rikkardo Yaponiyadakı ikinci sərbəst yürüşlərdə yaxşı zaman nəticəsi göstərməyə yaxın olsa da, virtual təhlükəsizlik avtomobili buna imkan verməyib. Buna baxmayaraq, avstraliyalı sürücü yarış tempinin güclü olacağından əmindir.

Rikkardo hesab edir ki, növbəti yarışlarda Mercedes, Red Bull və Ferrari arasında sıx mübarizə olacaq: “Mövsümün qalan yarışlarında sıx mübarizə gözləyirəm. Sıralanma turunda yaxşı nəticə ala bilsək, Ferrari-nin önündə, Mercedes-ə yaxın ola bilərik. Bu gün Kimi yaxşı bir dövrə vurdu. Dövrəmi tamamlaya bilsəm də, ondan sürətli ola bilməzdim.

Sabah daha yaxşı dövrə vura bilərik, amma bizi çoxlu çətinliklər gözləyir. Ferrari güclü görünür. Kimi yaxşı nəticə göstərdi. Bu məni həyəcanlandırır, çünki sabah başqa əngəllərlə mübarizə aparacayıq. Mercedes hələ də üstündür. Düşünürəm ki, Ferrari ilə daha yaxın olacayıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*