D.Rikkardo: “Yarış tempində güclüyük”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Bakıdakı yarışı qazanmaq üçün əla fürsətləri var.

F-1.az xatırladır ki, Formula1 üzrə ilk Azərbaycan Qran Prisinin qalibi olmuş Daniel Rikkardo builki Qran Prinin cümə sərbəst yürüşlərini birinci yerdə bağlayıb.

Daniel Rikkardo: “Bu gün sürətli idik. UltraSoft təkərlər ilə yarış tempində işləyə bilərdik, amma SuperSoft təkərlərlə də güclü idik. Özümüzə inanırıq. Sıralanma turunda rəqiblərimiz nə edər, bilmirəm. Amma ön cərgəni tuta bilməsək də, bolidimizin yarış qazanacaq potensialı var. Hələ də favoritlər arasındayıq. Hiss edirəm ki, yaxşı sürürəm və bu gün çox rahat idim. Şəhər tipli traslarda özünüzü yaxşı hiss etməyiniz vacibdir. Qormurdum və balans yaxşı idi. Trasda ümumilikdə asfaltla ilişmə aşağıdır. Buna görə də burada mükəmməl bolidə sahib olmaq çətindir. Sabah və bazar günü də eyni formada davam edəcəyik. Külək bolidə pis təsir edə bilər. Növbəti iki gündə güclü külək gözlənilir, amma bu hal hamı üçün eynidir. Bu trasda əsas şey özünə inamdır və bu varsa, yaxşı nəticə göstərə bilərsiniz. Sıralanma tempində yaxşı olmasaq da, yarış tempində güclüyük”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*