M.Ferstappen: Heç nə işə yaramadı

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, hər şeyi sınasalar da, alınmayıb.

F-1.az xatırladır ki, əksəriyyət Red Bull-un Hunqarorinqdə çox güclü olacağını düşünürdü. Amma “qırmızı öküzlər” gözlənilmədən sıralanma turunda 7-ci və 13-cü yerləri tutublar.

Maks Ferstappen: “Tempimiz niyə çatmadı bilmirəm. Keçən illə müqayisə etdiyimizdə, bəzi şeylər səhvdir. Bütün həftəsonu ərzində balans problemləri yaşadıq və səbəbini bilmirik. Fərqli sazlanmalar yoxlasaq da, işə yaramafı. Nəticəyə görə məyusam.

Hamının yarış tempi yaxşı görünür. Görək sabah nə olur. Startda yaxşı yerdə deyiləm, amma əlimdən gələni edəcəm. Burada ötmə etmək çətindir. Yarışa yaxşı təkərlərlə başlaya bilməyəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*