Çin-2019: İkinci sərbəst yürüşlər

Toro Rosso mexanikləri ilk sessiyada problemi aşkarlanan Kvyatın maşınının motorunu dəyişmək üçün xeyli vaxt sərf edib və rus sürücü yalnız sessiyanın ortalarında trasa çıxa bilib.

F-1.az bildirir ki, ilk dəqiqələrdə hər iki Mercedes sürücüsü yerində fırlanıb, lakin maşınlara ciddi zədə dəyməyib. Lekler yağın təzyiqi aşağı düşdüyü üçün sessiyanı yarımçıq saxlamalı olub.

Sürücülər sərt təkərlərlə məşqə başlasalar da, yarım saat sonra Soft-lara keçiblər və bu tərkibin səmərəliliyini yoxlayıblar. Tərkiblər arasında fərq çox olub – Soft ilə Medium arasında 1.2 saniyə, Medium ilə Hard arasında isə 0.8 saniyə fərq var. Sessiyanın sonuna doğru sürücülər yarışda lazım ola biləcəyi üçün Hard təkərlərlə də bir neçə dövrə vurublar.

Protokollara Valtteri Bottas başçılıq edib – 1:33.330. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 1:33.330 37
2 5 Sebastyan Fettel Ferrari 1:33.357 + 0:00.027 33
3 33 Maks Ferstappen Red Bull 1:33.551 + 0:00.221 29
4 44 Lyuis Həmilton Mercedes AMG 1:34.037 + 0:00.707 32
5 27 Niko Hülkenberq Renault 1:34.096 + 0:00.766 31
6 55 Karlos Sayns McLaren 1:34.141 + 0:00.811 36
7 16 Şarl Lekler Ferrari 1:34.158 + 0:00.828 13
8 4 Lando Norris McLaren 1:34.296 + 0:00.966 38
9 3 Daniel Rikkardo Renault 1:34.336 + 0:01.006 32
10 10 Pyer Qasli Red Bull 1:34.455 + 0:01.125 32
11 7 Kimi Rəykkönen Alfa Romeo 1:34.551 + 0:01.221 33
12 23 Aleksander Elbon Toro Rosso 1:34.634 + 0:01.304 37
13 26 Daniil Kvyat Toro Rosso 1:34.694 + 0:01.364 20
14 18 Ləns Stroll Racing Point 1:34.779 + 0:01.449 37
15 11 Serxio Peres Racing Point 1:34.784 + 0:01.454 35
16 20 Kevin Maqnussen Haas 1:34.788 + 0:01.458 34
17 8 Roman Qrojan Haas 1:35.704 + 0:02.374 32
18 99 Antonio Covinatsi Alfa Romeo 1:35.914 + 0:02.584 40
19 88 Robert Kubitsa Williams 1:36.121 + 0:02.791 38
20 63 Corc Rassell Williams 1:36.229 + 0:02.899 35

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*