Kanada-2018: Birinci sərbəst yürüşlər

Cümə günü ilk məşqlərdə yalnız Force İndia ehtiyat sürücünün köməyindən istifadə edib - Serxio Peresin maşınının sükanı arxasına Nikolas Latifi keçib. Asfalt çirkli olsa da, hər dövrədən sonra vəziyyət yaxşılaşıb.

F-1.az xəbər verir ki, Niko Hülkenberq sessiyanın 27-ci dəqiqəsində sürət qutusundakı problem üzündən dayanmalı olub. Əvvəlcə Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Lakin Niko maşını 11-ci döngənin çıxışında təhlükəli yerdə saxladığı üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Sürücülər bokslara qayıdıblar, təxliyə əməliyyatı başa çatdıqdan sonra sessiya davam etdirilib.

Ləns Stroll “çempionlar divarı” ilə toqquşmaqdan qurtula bilməyib. Maşının sağ arxa təkəri zədələnib. Kanadalı sürücü boksa qayıdıb və sessiya onun üçün başa çatıb. Son dəqiqələrdə Eriksson yerində fırlanıb, Sirotkin isə 6-cı döngədə idarəetməni itirib, lakin hər iki halda maşınlara ciddi zərər dəyməyib.

Protokollara Maks Ferstappen başçılıq edib – 1:13.302. Onun HyperSoft təkərlərlə göstəridiyi bu nəticə trasın mütləq rekordundan hələ çox uzaqdır.

Məşqlər Bakı vaxtı ilə saat 22:00-da davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:13.302 26
2 44 Lyuis Həmilton Mercedes AMG 1:13.390 + 0:00.088 29
3 3 Daniel Rikkardo Red Bull 1:13.518 + 0:00.216 24
4 5 Sebastyan Fettel Ferrari 1:13.574 + 0:00.272 19
5 77 Valtteri Bottas Mercedes AMG 1:13.617 + 0:00.315 31
6 7 Kimi Rəykkönen Ferrari 1:13.727 + 0:00.425 28
7 14 Fernando Alonso McLaren 1:13.900 + 0:00.598 27
8 55 Karlos Sayns Renault 1:14.116 + 0:00.814 24
9 2 Stoffel Vandorn McLaren 1:14.311 + 0:01.009 19
10 10 Pyer Qasli Toro Rosso 1:15.004 + 0:01.702 31
11 31 Esteban Okon Force İndia 1:15.071 + 0:01.769 29
12 8 Roman Qrojan Haas 1:15.119 + 0:01.817 21
13 9 Markus Eriksson Sauber 1:15.386 + 0:02.084 30
14 16 Şarl Lekler Sauber 1:15.439 + 0:02.137 30
15 20 Kevin Maqnussen Haas 1:15.579 + 0:02.277 21
16 28 Brendon Hartli Toro Rosso 1:15.756 + 0:02.454 38
17 35 Sergey Sirotkin Williams 1:15.768 + 0:02.466 30
18 18 Ləns Stroll Williams 1:16.259 + 0:02.957 16
19 34 Nikolas Latifi Force İndia 1:17.145 + 0:03.843 28
20 27 Niko Hülkenberq Renault 3
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*