V.Bottas: “Qalib gəlmək üçün hazıram…”

Formula1-də Williams-la üç il keçirən finlandiyalı pilot 8 dəfə podiuma yüksəlsə də, hələ qələbə qazana bilməyib.

F-1.az xəbər verir ki, o, növbəti ildə də karyerasını Williams-da davam etdirəcək.

Valtteri Bottas: “2015-ci ildə vəziyyət əvvəlki illə müqayisədə daha yaxşı idi. Problemlərimizi müəyyən edib onları həll etdik. Amma bu kifayət etmədi. Mercedes və Ferrari bizdən üstün oldu. Növbəti mövsüm istifadə edəcəyimiz bolid haqqında yaxşı xəbərlər alıram. Amma sükan arxasına keçməmiş dəqiq söz demək olmaz. Düşünürəm ki, bolidimiz bu il daha yaxşı olacaq və qələbələr qazanacağıq. Mən artıq qalib gəlmək üçün hazıram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*