V.Bottas: Maşınımız sürətlidir

Mövsümün ilk yarışında heç də pis nəticələr əldə etməyən Alfa Romeo komandasında əhval-ruhiyyə yaxşıdır.

F-1.az xatırladır ki, Bəhreyndəki yarışı Valtteri Bottas 4 xalla başa vurmuş, Quanyu Çjou isə sürətli dövrənin sahibi olmuşdu.

Valtteri Bottas: “Bəhreyndə mövsümə yaxşı başladıq, ilk yarışdaca xal qazandıq. Bütün yarış boyu biz ilk beş komanda arasında idik və bu da komandamızın həftəsonu boyu əla işinin təsdiqi idi.Buna baxmayaraq, həmişə olduğu kimi, səy göstərməli olduğumuz bir çox şey var. Ciddədəki yarışa hazırlaşaraq, biz sürəti qoruyub saxlamalı və daha az səmərəli işləmək üçün bütün səyləri göstərməliyik.

Hinvildəki komanda bazasındakı həmkarlarımız mövsümün növbəti yarışları üçün texniki yeniliklər hazırlamaqda çox çalışırlar, çünki biz komanda üçün daha yaxşı nəticələr əldə etmək üçün daha da irəliləməyə çalışırıq.Sürətli maşınımız var və rəqiblərlə mübarizəyə girə bilirik. Yarış həftəsonunun əvvəlindən səmərəli işləmək üçün bütün nüanslara diqqət yetirmək son dərəcə vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*