L.Həmilton yeni rekorda imza ata bilər

Yeddiqat dünya çempionu olan britaniyalı sürücünün F1-dəki rekordlarından çox danışmaq olar. Gələn il isə onlara daha biri əlavə oluna bilər.

F-1.az xatırladır ki, indiyə qədər F1 tarixində heç bir sürücü karyerasının 300-cü yarışından sonra qalib gələ bilməyib. Bu sahədə ən yaxşı nəticə Kimi Rəykkönenə məxsusdur – finlandiyalı sürücü 2018-ci ildə ABŞ-da qələbə qazanarkən karyerasının 289-cu yarışına çıxmışdı.

Aktivində 103 qələbəsi olan Lyuis son dəfə 2021-ci ildə Ciddədə zəfər əldə edib ki, bu da onun 287-ci yarışı olub. Lyuis hazırda bu mənada ikinci yerdədir. Üçüncü yer isə 201-ci yarışını udan Fernando Alonsoya məxsusdur.

Həmilton F1-də artıq 310 yarışa çıxıb. Bundan sonra istənilən yarışda qazanacağı qələbə Lyuisi yeni rekordçu edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*