L.Həmilton hədiyyəsindən razı qalıb

Ayfel Qran Prisində qalib olan Lyuis Həmilton qələbə sayında əfsanəvi Mixael Şumaxerə çatıb. Buna görə də britaniyalı sürücüyə yeddiqat Dünya Çempionunun yarış dəbilqələrindən biri hədiyyə verilib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa ikinci yerdə başlasa da, Bottasın mübarizəni dayandırması ilə yarışı qazanıb və çempionatda fərqi 69 xala çatdırıb.

Bu qələbədən sonra Mixael Şumaxerin oğlu və Formula2-də hazırda çempionatın lideri olan Mik Şumaxer qaradərili sürücüyə atasının 2012-ci ildə yarışdığı dəbilqələrdən birini hədiyyə edib.

Lyuis Həmilton: “Qürur duydum. Nə deyəcəyimi bilmirəm. Birini izləyərək böyüyünüzdə və onu ideal kimi gördüyünüzdə, belə şeylər inanılmaz olur. Çoxumuz Mixaelə çatmağı heç düşünməmişdik. Buna görə də qürur duyuram və buna öyrəşmək çətin olacaq.

Düzünü desəm, pitə gələrkən Mixaelin rekordunu təkrarladığımı anladım. Lakin sona qədər bu barədə düşünmədim. Bütün komandaya təşəkkür edirəm. Hamı məni dəstəklədi və güvəndi. Buna görə də onlara təşəkkür edirəm. Onlara hörmətim var.

Yarışda yaxşı start aldım və Valtteri ilə yan-yana gəldim. Ancaq o, inanılmaz iş gördü. O öndə gedərkən, ona yaxın olmağa çalışdım. Təkərlərimə yaxşı nəzarət etdim. Valtterinin ön təkərlərinin dənləndiyini gördüm. Daha sonra isə təkərlərini blokladı.

Asan yarış deyiıdi. Red Bull sürətli idi. Maks əla çıxış etdi. Təhlükəsizlik maşınından sonra real şansı var idi, onda da mən fərqi açdım. Templəri yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*