T.Volff: Fərqi bağlamaq çətin olacaq

F-1.az xəbər verir ki, Mercedes komandasının rəhbəri Toto Volff növbəti mövsümdə komandasının perspektivlərini dəyərləndirib.

Toto Volff: “Düşünürəm ki, niyə rəqiblərimizdən geri qaldığımızı və hansı sahələrdə inkişaf etməli olduğumuzu başa düşdük. Biz hər şeyi nəzərə almağa çalışırıq, amma maşınımızın potensialını nə qədər aça bildiyimizi ancaq testlərdə anlayacağıq. Yarım saniyə geri başlayanda bu fərqi bağlamaq çox çətindir, xüsusən də Ferrari və Red Bull-a qarşı mübarizədə. Hamımız qərarlıyıq, amma realist olmalıyıq.

Əgər yeni bolid gözlədiyimiz kimi olsa, o zaman yüksək yerlər uğrunda mübarizəyə qayıda bilərik. Heç bir şeyə zəmanət verilmir, fərqlərin keçənilki ilə eyni qalması mümkündür. Bununla belə, biz inanırıq ki, maşınımızın konsepti rəqiblərimizdən daha çox inkişaf etməyə kömək edə biləcək çoxlu potensiala malikdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*