T.Volff: “Həmilton ən yaxşıdır”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmilton müasir Formula1-in ən yaxşı sürücüsüdür.

F-1.az xatırladır ki, Həmilton son 3 mövsümdə 32 qələbə qazanıb. Britaniyalı sürücü karyerasındakı bütün qələbələri və çempionluqları Mercedes mühərriyi ilə qazanıb.

Toto Volff: “Məncə, Lyuis öz nəslinin ən yaxşılarındandır. Bunu qazandığı uğurlara görə demirəm. Bolidi sürməyindən başa düşmək olar ki, o necə sürücüdür. Lyuis ilə eyni komandada olub, onu məğlub etməyə çalışmaq çox çətindir. Amma ona insanların karyerasını bitirən demək olarmı? Əmin deyiləm. Bu mövsüm çox çətin olacaq. Yeni qaydalara sürücülərin və komandaların necə uyğunlaşacağını görmək üçün bir neçə yarış gözləməliyik. Lyuis 4-cü çempionluq üçün əlindən gələni edəcək. Görək nə olur”.

Volff əlavə edib ki, Liberty Media gəldikdən sonra bəzi şeylər dəyişəcək: “Təbii ki, Berni ayrıldıqdan sonra bəzi şeylər dəyişəcək. Belə baxanda, hazırda Ross Braun kimi adam idarə heyətindədir və onun gördüyü işlərdə möcüzələr yaratdığını hamımız bilirik. Burada da gözəl işlər görəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*