G.Berger: Formula1 düzəlir

Sabiq Formula1 sürücüsü Gerhard Berger bildirib ki, Formula1 yenidən özünə gəlir.

F-1.az xatırladır ki, bu il çempionluq uğrunda iki fərqli komandadan iki fərqli sürücü mübarizə aparır. Bu hal uzun illər idi ki, baş vermirdi. İnsanlar Mercedes-in hegemon olduğu yarışlar izləyirdilər.

Red Bull son 4 yarışda qalib gəlib və turbo erada ilk dəfədir ki, Mercedes-dən başqa bir komanda ardıcıl yarış qazanır.

Gerhard Berger
: “Bu, uzun illərdir ki, gördüyüm ən yaxşı Formula1-dir və yavaş-yavaş yenidən heyran oluram. Maks Ferstappen Dünya Çempionu olmaq artıq hər şeyə sahibdir. Daha böyüyüb. Nəhayət ki, Maks kimi gənc sürücü ilə Lyuis kimi təcrübəli pilotun arasında mübarizə görürük. Bu, normal haldır. Feratappenin bu qədər az səhv eləməsi çox təsiredici haldır. Belə olan halda bizi maraqlı mövsüm gözləyir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*