L.Həmilton: Az qala ürəyim dayanırdı

Britaniya yarışının son dövrəsində təkəri partlasa da, qalib gələn Lyuis Həmilton bildirib ki, az qala ürəyi dayanırmış.

F-1.az xatırladır ki, britaniyalı sürücü öz vətənindəki yarışda qələbəyə gedərkən, son dövrədə ön sol təkəri partlayıb, amma buna baxmayaraq yarışı qazanıb.

Lyuis Həmilton: “Valtteri son dövrələrdə limitlərdə sürürdü və mən o təkəri qorumağa çalışırdım. Bottas isə bunu etmirdi. Buna görə də onun təkərinin partladığını eşidəndə öz təkərimə baxdım və hər şey qaydasında idi. Bolid problemsiz gedirdi.

Son dövrədə bir az yavaşladım və düzlükdə gedərkən təkər birdən partladı. O anda ürəyim ağzıma gəldi. Daha sonra təkərin diskdən çıxdığını gördüm. Sürətimi qorumağa çalışdım. Çünki bəzən təkər uçur və ön qanadı qırır və bolidi yararsız hala gətirir. Finişə çatmaq üçün dua edirdim. Son iki döngəni çətinliklə döndüm. Bəxtim gətirdi. Temp düşəndə gərək pit-stop edərdik.

Mühəndisim Bono mənə rəqiblə olan fərqdən xəbər verirdi. Bir ara Ferstappendən 30 saniyə öndə idim və o fərq sürətlə əriməyə başladı. Finişə nə qədər qaldığını düşünürdüm. Çox həyəcanlı idim. Həyatımboyu belə şey yaşamamışdım. Ürəyim bir ara dayandı və bu da mənim soyuqqanlı olduğumu göstərir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*