Britaniya-2018: Günün sürücüsü – Lyuis Həmilton

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonuna yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa pouldan başlayan, Rəykkönenlə toqquşaraq peletonun arxasına düşən, lakin yekunda ikinci yerə qədər yüksələrək zərəri minimuma endirən Mercedes sürücüsü Lyuis Həmilton “Günün Sürücüsü” seçilib. Lyuis bu ada cari mövsümdə ikinci dəfə layiq görülür. O, qalib gəldiyi İspaniya Qran Prisində də azatkeşlərin rəğbətini qazanmışdı.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Fernando Alonso
Bəhreyn Qran Prisi Pyer Qasli
Çin Qran Prisi Daniel Rikkardo
Azərbaycan Qran Prisi Şarl Lekler
İspaniya Qran Prisi Lyuis Həmilton
Monako Qran Prisi Daniel Rikkardo
Kanada Qran Prisi Sebastyan Fettel
Fransa Qran Prisi Sebastyan Fettel
Avstriya Qran Prisi Maks Ferstappen
Britaniya Qran Prisi Lyuis Həmilton

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*