Fransa-2018: Günün sürücüsü – Sebastyan Fettel

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonlarına yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa üçüncü yerdən başlayan, elə startdaca Bottasla toqquşaraq peletonun gerisinə düşən, lakin sonra beşinci yerə qədər yüksələ bilən Ferrari-nin sürücüsü Sebastyan Fettel “Günün Sürücüsü” seçilib. Alman sürücü bu il ardıcıl ikinci dəfə eyni ada layiq görülüb. Karyerasında 12-ci dəfə “Günün Sürücüsü” seçilən Fettel bu göstəriciyə görə Maks Ferstappeni keçərək liderliyə yüksəlib.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Fernando Alonso
Bəhreyn Qran Prisi Pyer Qasli
Çin Qran Prisi Daniel Rikkardo
Azərbaycan Qran Prisi Şarl Lekler
İspaniya Qran Prisi Lyuis Həmilton
Monako Qran Prisi Daniel Rikkardo
Kanada Qran Prisi Sebastyan Fettel
Fransa Qran Prisi Sebastyan Fettel
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*