Avstriya-2018: Günün sürücüsü – Maks Ferstappen

2016-cı ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi yarışın sonlarına yaxın çempionatın rəsmi saytında yerləşdirilmiş sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, yarışa dördüncü yerdən başlayan, Virtual Təhlükəsizlik Maşını rejimindən yararlanaraq pit-stop edərək liderliyi ələ alan və sona qədər qoruyan Red Bull-un sürücüsü Maks Ferstappen “Günün Sürücüsü” seçilib. Maks bu ada cari mövsümdə ilk dəfə layiq görülsə də, 2016-cı ildə 8, keçən il isə 3 dəfə “Günün Sürücüsü” seçilib və ümumi sayda Sebastyan Fettellə ilk iki yeri bölüşür.

Qeyd edək ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarışın son 10 dövrəsi ərzində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.

Yarış Günün Sürücüsü
Avstraliya Qran Prisi Fernando Alonso
Bəhreyn Qran Prisi Pyer Qasli
Çin Qran Prisi Daniel Rikkardo
Azərbaycan Qran Prisi Şarl Lekler
İspaniya Qran Prisi Lyuis Həmilton
Monako Qran Prisi Daniel Rikkardo
Kanada Qran Prisi Sebastyan Fettel
Fransa Qran Prisi Sebastyan Fettel
Avstriya Qran Prisi Maks Ferstappen
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*