R.Braun: “Berni ilə çalışmaq maraqlı olar”

2013-cü ilin sonunda idmandan ayrılan, son günlərdə isə adı Berni Ekklstounun yeri də daxil olmaqla, bir çox vəzifələrlə yanaşı çəkilən təcrübəli mütəxəssis bu açıqlama ilə qayıda biləcəyinə işarə vurub.

F-1.az xəbər vermişdi ki, Ross Braunun Liberty Media ilə müqavilə bağladığı və Berni Ekklstounu əvəzləyəcəyi bildirilirdi. Daha sonra isə onun idman direktoru təyin olunması ilə bağlı xəbərlər çıxmışdı. Lakin təcrübəli mütəxəssis bu xəbərləri təkzib etmişdi.

Bu günlərdə Sky Sports-a danışan Braun bildirib: “Qayıtmaq fikri maraqlıdır, lakin yoluna qoyulmalı olan bəzi məsələlər var. Berni də, biz də ölümsüz deyilik. Lakin həmişə işləmək də mümkün deyil. O, çox xüsusi adamdır və hazırda bir çox insanın çalışdığı işin yaradıcısıdır. Mən onun əvəzedicisi deyiləm. Amma onunla işləmək maraqlı olar”.

Ross bir vaxtlar komandasının sürücüsü olmuş Mixael Şumaxer barədə də danışıb: “Öz dövrünün ən hərtərəfli sürücüsü idi. İstedadlı idi və sürməyi çox sevirdi. Mixael çox dürüst insandır. Bizim xarakterlərimiz bənzərdir. Fikirlərimiz uyğun gəlmədikdə müzakirə edir, həll yolu tapırdıq. İndi də çox yaxınıq, hətta əvvəlkindən daha çox”.

Braun Həmiltonun Mercedes AMG-yə transferi məsələsinə də toxunub: “Anasının evində yığışdıq və ona planlarımızdan, gördüyümüz işlərdən bəhs etdik. Nə əldə etmək istədiyimizi anlamağa başladı. Güclü motor tədarükçüsü idik və reqlamentin dəyişməsi xeyrimizə ola bilərdi. Sonra isə hər şey özbaşına inkişaf etdi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*