L.Həmilton: Bir saniyə geridəyik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sıralanma turunda maşından heç nə gözləmir.

F-1.az xatırladır ki, britaniyalı sürücü Mayamidəki cümə sərbəst yürüşlərinə pis başlamayıb. Yeddiqat Dünya Çempionu birinci sessiyada 7-ci, ikinci süssiyada 15-ci yeri tutub.

Lyuis Həmilton: “Hər həftəsonu olduğu kimi 1 saniyə geridə qalırıq. Bura əla yerdir və çoxlu yaxşı tərəfləri var, amma sürətli deyilik və indi real sürətimiz ortaya çıxdı. Qəbul etmək çətin olsa da, işləməyə davam etməliyik. Bəzi sazlanmalarda dəyişiklik edib-etməyəcəyimizi düşünəcəyik.

Bu trasda asfaltla ilişmə çox aşağıdır. Arxa tərəf çox sürüşür. Mən də daxil olmaqla əksər sürücülərdə sürüşmə və təkərlərin həddən artıq qızması problemdir. Buna görə də təkərləri balansda tutmağa çalışırıq, ancaq həmişə yüksək temperaturda olurlar.

Pozitiv qalmağa çalışıram və əlimizdən gələni edirik. Sadəcə yeniliklərə çox ehtiyacımız var. Başımızı aşağı salıb, işləməliyik. Ümid edirəm ki, düzgün sazlanma tapacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*