T.Volff: Dağa dırmanmalıyıq

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, onlar "bir dağa dırmanmalıdırlar".

F-1.az xatırladır ki, Mercedes bu il çıxdığı 9 yarışda da qələbə üzü görməyib və hazırda çempionluq şansları demək olar ki, tükənib. “Gümüşü oxlar” Britaniya Qran Prisinə bəzi yeniliklərə gələcəklər.

Toto Volff: “Kanadada beşinci podiumumuzu qazanıb, yaxşı xallar topladıq. W13-ün tempindən razı olsaq da, hələ dırmanmalı olduğumuz dağ var. Zirvəyə çatmaq üçün çox işləməliyik, amma artıq gedəcəyimiz yönü bilirik. Mövsüm keçdikcə daha çox performans qazanacağıq.

İndi isə mövsümün unudulmaz yarışlarından olan Silverstouna gedəcəyik. Tribunalarda idmanı bilən və sevən adamlar otururlar. Tras bazamızdan çox uzaqda olmadığı üçün bizim ev yarışımız sayılır.

Cümə günü komanda işçiləri tribunada olacaq və gördükləri işin qarşılığını trasda görə biləcəklər. Bu da gözəldir. Hazırda əsas hədəfimiz ilk iki komanda ilə fərq bağlamaqdır. Keçmişdə Silverstounda yaxşı yarışlarımız olub və həftəsonu yeniliklərimiz olacaq. Asfalt qatı da düzdür. Hədəfimiz qabağa getməkdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*