L.Həmilton: Üç il buradayam

Mercedes komandasının sürücüsü Lyuis Həmilton daha üç il yarışacağını bildirib.

F-1.az xatırladır ki, altıqat Dünya Çempionunun 35 yaşı var və bəzi iddialara əsasən 2021-ci ildən sonra karyerasını bitirə bilər.

Lyuis Həmilton: “Heç bir şeyi əvvəldən planlaşdırmaq olmaz. Amma məqsədim burada qalmaqdır. Hələ nə qədər yarışacağımı bilmirəm. Covid-19 çox yöndən pis oldu, amma başqa şeylərlə maraqlanma fürsəti verdi və çoxlu enerji yığdım. Bəlkə də, bu enerji daha çox davam etməyimə kömək edəcək.

Həmişə indiki kimi performans göstərmək istəyirəm. Ancaq müəyyən yaşdan sonra fiziki və zehni cəhətdən zəifləyəcəm. Bunun nə vaxt olacağını bilməsəm də, yaxın üç il ərzində olmayacağına əminəm. Buna görə də yaxın bir neçə il ərzində buradayam.

Hər il daha da güclənirəm. Təkcə Dünya Çempionluqlarına görə yox, performansıma görə də burada qalmağa layiq olmalıyam. Buna görə də bacardığım qədər yaxşı performans göstərməliyəm. Ən az üç il buradayam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*