L.Həmilton: “Özümü yaxşı hiss edirəm”

Amerika yarışında ikinci olaraq altıncı titulunu rəsmiləşdirən Lyuis Həmilton ölünü çox yaxşı hiss etdiyini deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü beşinci yerdən start aldığı Ostndə gözəl start və performansla 2-ci yerdə bitirib. Çempionluq üçün 4 xala ehtiyacı olan Həmilton 18 xal qazanaraq, Formula1 tarixinin ikinci altıqat Dünya Çempionu olub.

Lyuis Həmilton: “Özümü yorğun hiss edirəm. Çətin yarış idi. Valtteri əla sürdü və onu təbrik edirəm. Sıralanma turunda 5-ci olduqdan sonra bu gün komandanın qələbə dublu etməsi üçün tək pit-stoplu strategiya seçdim. Çox emosianalam. Bazada və burada hamı bizi izlədi. Anam, atam, ögey anam və atam. Corc dayım və trinidadlı xalam da buradadır. Onlarla fəxr edirəm. Balaca olanda atam mənə deyirdi ki, təslim olma. Bu, bizim ailəmizin şüarıdır.

İdmançı kimi özümü çox yaxşı hiss edirəm. Hazırda bir yarış daha keçirə bilərəm. Bütün fanatlarıma təşəkkür edirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*