M.Ferstappen: Tempimdən razıyam

Red Bull komandasının sürücüsü Maks Ferstappen cümə günkü tempindən razı qalıb.

F-1.az xatırladır ki, çempionatın lideri Bakıdakı cümə sərbəst yürüşlərini ikinci yerdə bağlayıb.

Maks Ferstappen: “Birinci sessiya yaxşı idi. Həftəsonuna əla başladıq. Birinci sərbəst yürüşlərdə maşın əla işlədi. İkinci sessiyada bəzi şeyləri sınamaq üçün dəyişikliklər etdik. Lakin bir az zəiflədik. Buna görə də gecə təhlillər aparacağıq. Komanda üçün çox yaxşı gün oldu.

Hava bu gün küləkli idi. Bu, işimizi çətinləşdirdi. Amma vəziyyət hamı üçün eynidir. Bu, işləri daha da maraqlı edir. İndiyə kimi güclü idik. Hər şeydən razıyam. Görək nə olur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*