D.Rikkardo: Bakını çox sevirəm

Red Bull komandasının sürücüsü Daniel Rikkardo ölkəmizdə yaxşı yarış keçirmək istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü 2017-ci ildə Bakımızın küçələrində qələbəni bayram edib.

Daniel Rikkardo: “Bakı trasını çox sevirəm. Özünəməxsus gözəllikləri var və ilk döngədə üç maşın yan-yana gələ bilir. Burada da maraqlı mübarizələr olur. Burada fərqli strategiyalar seçmək mümkündür. Düzdür, uzun düzlüyə görə ötmə etmək olur, amma startda nə qədər öndə olsan, o qədər yaxşıdır.

Şəhər tipli tras olduğu üçün müəmmalar da baş verir. Monako istədiyim kimi getməsə də, bu həftəsonundan etibarən güclənəcəm. Görək nə olur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*